İtaliyanın “Roma” klubunun üç futbolçusu - Lorentso Pelleqrini, argentinalı müdafiəçi Federiko Fasio və Davide Santondan götürülmüş koronavirus testinin nəticələri müsbət çıxıb.
Bu barədə “Football Italia” nəşri məlumat yayıb.
Xatırladaq ki, bir müddət əvvəl “Roma”nın hücumçusu Edin Cekonun da COVID-19-a yoluxduğu bildirilmişdi.