Birinci Avropa Oyunlarında su polosu üzrə qadınların turnirində qrup mərhələsinin birinci turu başa çatıb.
İlk yarış gününün nəticələri:
A qrupu
Hollandiya – İsrail – 29:1
Macarıstan – Almaniya – 21:4
Yunanıstan – Böyük Britaniya – 20:2
B qrupu
İspaniya – Serbiya – 17:4
Rusiya – Slovakiya – 13:4
İtaliya – Fransa – 22:5
Oyunlar Su Polosu Arenasında keçirilir.
16:43
Su polosu üzrə qadınların arışlarının ilkin nəticələri məlum olub.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, gərgin mübarizə şəraitində keçən yarışlarda qadınlar arasında A qrupunda Niderlandın komandası 29-1 hesabı ilə İsrail komandasına qalib gəlib. Macarstan ilə Almaniya komandaları arasında gedən mübarizə isə 21-4 hesabı ilə Macarıstan komandasının xeyrinə başa çatıb.
Hazırda A qrupunda yarışmalar Yunanıstan ilə Böyük Britaniya komandaları, B qrupunda isə İspaniya ilə Serbiya arasında davam edir.
12:56
Birinci Avropa Oyunlarında su polosu üzrə qadınların ilkin yarış mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu gün keçiriləcək digər yarışlardan fərqli olaraq, su polosu yeganə idman növüdür ki, burada ilkin yarış mərhələsinin 1-ci raundunda 12 qadın komandası yarışacaq.
Qadınlar Voterpol Arenasında mübarizəyə başlayacaq.
İlk Avropa Oyunlarında su polosu üzrə yarış 17 yaşlı idmançılar arasında Avropa Çempionatından daha mötəbər olduğuna görə, Bakıda qızıl medala sahib olmaq gənc idmançılar üçün böyük stimul yaradır.