Yaponiyada ötən ilin sonunda “Rayzin” kəmərini qazanmış MMA döyüşçümüz Tofiq Musayev karyerasını yenidən bu təşkilatın keçirdiyi yarışda davam etdirəcək.
Oxu.Az-ın xəbərinə görə, qələbəsindən sonra UFC-dən təklif almış idmançımızın artıq “Rayzin”də növbəti rəqibi də müəyyənləşib.
O, aprelin 15-də “Rayzin 22” turniri çərçivəsində braziliyalı Luiz Qustavo Feliks dos Santosla döyüşəcək. Bu döyüş Yaponiyanın ikinci böyük şəhəri olan Yokohamada keçiriləcək.
Qeyd edək ki, “Killer” ləqəbli Luiz Qustavo ötən ilki Qran Pridə Tofiq Musayevin finalda məğlub etdiyi digər braziliyalı Patriki Freyreyə birinci raundda uduzub mübarizəni dayandırmışdı.
Səbuhi Musayev