Azərbaycan triatlonçusu Rəbiyyə Orucova ölkəmizdə ilk “Dəmir Qadın” olub.
Oxu.Az xəbər verir ki, triatlon idmançısı Orucova Cənubi Afrika Respublikasının Port Elizabet şəhərində keçirilən “Isuzu Ironman” turnirində uğurla çıxış edib.
O, 3,8 km üzgüçülük, 180 km velosiped, 42 km qaçış da daxil olmaqla tam “dəmir məsafə”ni 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib. İdmançımız öz yaş kateqoriyasında (35-39 yaş arası idmançılar) 18-ci nəticə göstərərək, qadınların təsnifatında 91-ci, turnirdə 617 iştirakçı arasında 435-ci olub.
Qeyd edək ki, Rəbiyyə Orucovanın məşqçisi Aleksandr Mordasovdır.