Azərbaycan millisinin və Polşanın “Legiya” klubunun hücumçusu Mahir Emreli Türkiyənin “Başakşehir” klubu ilə razılığa gəlib.
Bu barədə türkiyəli idman jurnalisti Yağız Sabuncuoğlu “Twitter” hesabında yazıb.
“Başakşehir” “Legiya” forması geyinən Mahir Emreli ilə razılığa gəlib. “Başakşehir” hüquqi baxımdan heç bir problem olmadan “Legiya” ilə ayrılacağı təqdirdə Mahirlə rəsmi müqavilə imzalayacaq”, - deyə o bildirib.
