"Araz-Naxçıvan" komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.
Oxu.Az xəbər verir ki, Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə "Omoniya" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqləniblər.
Beləliklə, Bakıdakı ilk görüşdə də 0:4 hesabı ilə uduzan "Araz-Naxçıvan" turnirdə mübarizəni dayandırıb.
Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, bu mərhələdə təmsilçimiz "Araz-Naxçıvan" da bu gün cavab oyununa çıxır.
Avrokubokların debütantı doğma meydanda böyük hesabla məğlub olduğu Kiprin "Omoniya" klubuna üstələməyə çalışacaq.
Görüş saat 21:00-da başlayacaq.
Komandalar arasında Bakıda keçirilən ilk görüşdə "Omoniya" 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
14 avqust
UEFA Konfrans Liqası
III təsnifat mərhələsinin cavab oyunları
21:00. "Omoniya" (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan)
İlk oyun - 0:4