“Twitter” mikrobloqlar servisinin səhmlərinin qiyməti Nyu-York fond birjasında 9% ucuzlaşaraq bir səhm üçün 22,58 dollar olub.
Oxu.Az xəbər verir ki, bu barədə birjanın məlumatında bildirilib.
“Twitter”in alınmasında “Salesforce”, “Microsoft” və “Verizon” şirkətləri maraqlı ola bilər. “Bloomberg”in qiymətləndirməsinə görə, sosial şəbəkənin dəyəri 16,7 milyard dollardan ibarət ola bilər.
Daha öncə “Reuters” agentliyi, “Twitter” mikrobloqlar servisinin satışı haqqında danışıqların 2016-cı ilin oktyabrında başa çatacağı barədə məlumat yaymışdı. Sosial şəbəkənin rəhbərliyi potensial alıcılarına danışıqları, şirkətin üçüncü rüb üçün maliyyə hesabatını dərc etdikdən sonra oktyabrın 27-nə başa çatdırmağı planlaşdırdığını bildirib.
N.O.
www.oxu.az