Avq
2018
01:28
32
37
5558
Virtual karabakh

“Oskar” mükafatında yeni nominasiya

9 Avq, 2018
01:28
5558

“Oskar” mükafatında yeni nominasiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Kino Akademiyasının İdarə heyəti “ən yaxşı populyar kino” nominasiyasında “Oskar” mükafatı təqdim edilməsi, həmçinin mükafatlandırma mərasiminin televiziya versiyasını 3 saata qədər azaltmaq barədə qərar qəbul edib.  

Oxu.Az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Kino Akademiyası üzvlərinin məktubunda deyilir.

Onlar yeni nominasiyada seçim kriteriyalarını dəqiqləşdirməyiblər və bunun bir qədər sonra baş tutacağını bildiriblər. 

Məktubda həmçinin qeyd olunur ki, “Oskar”ın elə də populyar olmayan nominasiyalar üzrə mükafatlandırma mərasimi TV ilə nümayiş olunmayacaq.

Həmçinin bildirilir ki, 92-ci mükafatlandırma mərasimi daha öncə müəyyən edilən kimi 2020-ci il fevralın 23-də deyil, fevralın 9-da baş tutacaq. 

Eyni zamanda 2019-cu ilin mükafatlandırılma mərasiminin tarixində heç bir dəyişiklik edilməyib və tədbir fevralın 23-də Los-Ancelesdə baş tutacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri