Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yupiterdə su tapıldı
Amerikalı alimlər qrupu müəyyən edib ki, Yupiterin böyük atmosfer axını olan Böyük Qırmızı Ləkənin tərkibində çoxlu su var.
Oxu.Az “Lenta.ru”ya istinadla xəbər verir ki, bununla bağlı “EurekAlert!” press-reliz yayıb.
Araşdırmaçılar yerüstü alətlərin köməyilə əldə edilən məlumatları analiz ediblər. Məlum olub ki, Qırmızı Ləkənin strukturu üç bulud qatından ibarətdir, onlardan ən dərinində 5-7 atmosfer təzyiq var. Alimlərin sözlərinə görə, bu buludlar donmuş su kristallarından ibarətdir.
Əgər 2016-cı ildən atmosferdəki qazları araşdıran “Juno” stansiyası bunu təsdiq etsə, onda planetin digər yerlərində, eləcə də, Saturn, Uran və Neptunda da su axtarışına başlamaq olar.
Rəylər