Azərbaycan - böyük enerji ehtiyatlarına malik azsaylı ölkələrdən biridir. Ölkəmiz hətta enerji resusrları idxal etməyə qadirdir.
80-ci illərdə SSRİ Nazirlər Soveti tərəfindən Navai qəsəbəsində (Hacıqabul rayonu) Azərbaycanda atom elektrik stansiyasının tikintisi barədə qərar qəbul edilmişdi. Bu layihə gələcək reaktorun bünövrəsi üçün zəmin yaradırdı. Və yalnız 1986-cı ildə Çernobıl atom elektrik stansiyasında baş vermiş dəhşətli qəzadan sonra ölkədə atom elektrik stansiyasının tikintisinə son qoyuldu.
Azərbaycanda daha güclü enerji mənbəyi üçün atom elektrik stansiyasına ehtiyac varmı? Azərbaycan üçün onu tikmək çətin olmayacaq. Burada sual başqadır - buna dəyərmi?
Rusiya iqtisadi analitiki, "Business Rusiya” ictimai təşkilatının eksperti Dmitri Qolubovski Oxu.Az-a müsahibəsində nüvə enerjisinin müsbət və mənfi tərəflərindən danışıb və ən başlıca suala cavab verib: Bakı atom elektrik stansiyasının tikintisi barədə düşünməlidirmi?

Onun sözlərinə görə, nüvə enerjisinin karbohidrogenlərlə müqayisədə yalnız bir müsbət tərəfi var - reaktordan birinci sızıntəya qədər ekoloji cəhətdən təmizdir. Böyük enerji istehlakçıları onu diversifikasiya etmək üçün istifadə edirlər.
“Bəzi ölkələrdə karbohidrogenlərin tədarükü ilə əlaqədar böyük risklər var. Məsələn, Yaponiya. Onun üçün enerji vacibdir, çünki Çin ilə ziddiyyət yarandıqda, karbohidrogen ehtiyatları təhlükə altında olacaq” - deyə, o qeyd edib.
Ekspertin sözlərinə görə, nüvə yanacağı neftdən daha yığcamdır:
“Digər tərəfdən nüvə enerjisinin çoxlu mənfi cəhətləri var.
Birincisi: əgər bir ölkənin öz nüvə sənayesi yoxdursa, o tamamilə yanacaq elemetlərinin tədarükündən asılıdır. Bir qayda olaraq, stansiyanı kim qurursa, ona xidmət edir.
İkincisi, nüvə stansiyası çıxış gücünə nəzarət edə bilməz. O həmişə şəbəkə üçün nəzərdə tutulmuş gücü verir. Cari istehlakdan asılı olmayaraq. Gündüz və gecə”.
Müsahibin sözlərinə görə, nüvə enerjisinə üstünlük verən az sayda ölkədən biri Fransadır. Gecə Fransızlar öz enerjisini demək olar ki, ingilislərə pulsuz tədarük edirlər, çünki onların özlərinə Qərbdən şəbəkəyə yükləyirlər, ortalıqda qalır, amma atom enerji stansiyaları isə işləyir.

Ekspert Azərbaycandan danışarkən qeyd etdi ki, burada daha çox qəza riskini düşünmək lazımdır.
“Azərbaycan kimi kiçik bir ölkədə nüvə qəzası olsa, hər yeri əhatə edəcək. Milli faciə olacaq. Bakıya belə bir fikrə müsbət reaksiya vermək üçün çox əlverişli şərtlər lazımdır.
Mənə elə gəlir ki, Azərbaycan neft emalı sahəsinə investisiya qoymalıdır. Enerji sənayesi isə öz enerji resurslarına əsaslanmalıdır - neftə. Və heç kimdən asılı olmayaraq”, - deyə müsahib vurğuladı.
Rusiya Federasiyasının Elmlər Akademiyasının müxbir üzvü, ətraf mühit məsələləri üzrə Rusiya prezidentinin keçmiş müşaviri Aleksey Yablokov, hər hansı bir ölkədə atom elektrik stansiyasının qurulmasının müsbət və mənfi tərəflərindən danışarkən nüvə elektrik stansiyalarının müasir zamanın tələbi olması haqqında bir mifin mövcudluğunu xatırladır.

“İctimai fikrə təzyiq elə bir səviyyəyə çatdı ki, bəzi insanlar əslində nüvə texnologiyasının cəmiyyət üçün yaxşı olduğunu düşünməyə başladılar. Kütləvi şüurda bir sıra klişe meydana çıxa bilər, məsələn, "Atom enerjisi olmadan mümkün deyil!", "Nüvə proqramları iqtisadi cəhətdən yüksəkdir” kimi”, - Yablokov qeyd edib.
O, bu gün nüvə enerjisinin təhlükəli olduğuna əmindir.
“Qane edə biləcək təhlükəsiz reaktorlar bu gün mövcud deyil və yaxın gələcəkdə onların istehsalı gözlənilmir. Çünki atom texnologiyasının generasiya etdiyi qlobal və əbədi radionukleidlərin problemi həllini tapmayıb.
Hətta qəzasız işlədiyi təqdirdə atom energetikası sərfəsizdir. Baş verən qəza və fəlakətləri nəzərə almaqla isə bu, ən müflisedici texniki layihələrdən biridir.
Nəhayət, atom sənayesinin əhalinin səhhətinə təsiri əvvəllər ehtimal edildiyindən daha ciddi və təhlükəlidir”, - Yablokov qeyd edir.

Xatırladaq ki, Azərbaycanda atom ES-in tikintisinin zəruriliyi barədə söhbətlər hələ 2007-ci ilin martında başlayıb. O zaman Azərbaycanın Radiasiya Problemləri üzrə İnstitutu hökümətə 1500 meqavatt gücü olan AES-in tikintisini nəzərdə tutan təkjliflər paketi təqdim edib. İnstitutun hesablamalarına əsasən, stansiyanın inşasına 4 il və 3 milyard dollar tələb edilir.
Elə həmin ilin sonlarında MAQATE Azərbaycanda ilk nüvə-tədqiqat reaktorunun inşasına razılıq verib. Tikinti 2009-2011-ci illər üçün nəzərdə tutulmuşdu, reaktorun gücü isə 1 meqavattdan az olmalı idi. Amma yekunda layihə elə bu icazə mərhələsində də donub qaldı.
Əli MƏMMƏDOV