Bakıda I Avropa Oyunları ilə əlaqədar qanunsuz taksi fəaliyyəti göstərən sürücülərə qarşı reydlər gücləndiriləcək.
Bu barədə Oxu.Az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Bakı Regional idarəsinin rəis müavini Əmrah Cəfərov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı reydlər aparılır:
“Yarış ərəfəsində isə Dövlət Yol Polisi ilə birgə güclü reydlər keçiriləcək. I Avropa Oyunları ilə bağlı yollarda hər hansı bir maneəçilik yaradan istənilən qeyri-qanuni taksini xətdən kənarlaşdıracayıq”.
E.Ə.
www.oxu.az