Mayın 15-də Bakıda Azərbaycan-Səudiyyə Ərəbistan biznes forumu keçiriləcək.
Oxu.Az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna istinadən (AZPROMO) xəbər verir ki, Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən artıq Səudiyyə Ərəbistanı şirkətinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri cənab Tavfig Favzan Alrabiah da biznes forumda iştirak edəcək.
Ülviyyə R. Əli
www.oxu.az