Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 25-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüş şirkətin Gürcüstandakı 2014-cü ildə fəaliyyətinin yekunlarına həsr olunub.
Oxu.Az Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən bildirir ki, tərəflər “Şah Dəniz - 2” cənub qaz dəhlizinin həyata keçirilməsi üzrə görülən işləri müzakirə ediblər. Qeyd olundu ki, layihədə əsas rollardan biri tranzit ölkə kimi Gürcüstanın payına düşür.
Qeyd edək ki, “Şah Dəniz - 2” layihəsinin həyata keçirilməsinə cari ilin sentyabrında başlanılıb. O zaman bir sıra ölkə liderləri, həmçinin Gürcüstanın baş nazirinin iştirakı ilə Bakıda layihənin başlanması ilə bağlı rəsmi tədbir keçirilmişdi.
Görüşdə həmçinin SOCAR-ın Gürcüstandakı Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak edib.
www.oxu.az