İmişli Rayon İcra Hakimiyyəti yeni inzibati binanın tikintisi ilə bağlı satınalma prosesini yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, bir mənbədən satınalma metodu ilə keçirilən satınalmanın qalibi "NTC Company" MMC olub. Tikinti işlərinin məbləği 500 min manat təşkil edir.
Tikinti işlərinin bu ilin dekabrın 30-da başa çatdırılacağı planlaşdırılıb.
Elmidar Əliyev