Noyabrın 5-də Bakıda Azərbaycan-Gürcüstan Biznes Forumu keçiriləcək.
Oxu.Az xəbər verir ki, forumu Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təşkil edir.
Gürcüstan tərəfini forumda bu ölkənin Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Davit Baladzenin başçılıq edəcəyi nümayəndə heyəti təmsil edəcək.
Biznes forumda tikinti və turizm sahələrini təmsil edən Gürcüstan şirkətləri iştirak edəcəklər.
Tədbir zamanı Acarıstan Muxtar Respublikasının biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək və iş adamlarını maraqlandıran suallar cavablandırılacaq.
Gülnarə Zeynalova
www.oxu.az