Aprelin 9-dan 10-a keçən gecə “Azericard” prosessinq mərkəzi fəaliyyətini dayandıracaq.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, buna səbəb sistemdə həyata keçirilən yenilənmə işləridir.
Buna görə də, gecə saat 01:00-dan 05:00-a qədər “Azericard”ın xidmət göstərdiyi 30 bankın 2 milyon plastik kartı, 1500 bankomatı və 30 minə yaxın POS-terminal vasitəsilə əməliyyat həyata keçirmək mümkün olmayacaq.
Bu müddət ərzində plastik kartlar vasitəsilə bütün əməliyyatlar dayandırılacaq.