Bakı-Ələt yolunun 4-cü kilometrində (Bayıl dairəsi adlanan ərazidə) 4 giriş-çıxışlı piyada keçidi tikilir. Hər tərəfdə ikisi olmaqla, 8 eskalator tikilib. Keçidin uzunluğu 1 000 metr, eni 8 metr və hündürlüyü 4 metr təşkil edir.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyev bildirib ki, üstdə beton işləri tamamlanıb:
“Lakin keçidin içəri hissəsində betonlama işləri yanvar ayında yekunlaşacaq. Daha sonra aşınma qatı vurulacaq, asfalt-betonlama işləri yekunlaşıb, bir yolda torpaq işləri gedir”.
Xatırladaq ki, yolda təmir işləri 2015-ci ilin birinci rübündə tam yekunlaşacaq.