Sığorta Agentlərinin III Milli Forumunun fevral ayının sonuna yaxın Bakıda keçirilməsi qərara alınıb.
Oxu.Az xəbər verir ki, bu qərar Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) təsisçilərinin ümumi yığıncağında qəbul olunub.
Xatırladaq ki, 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumunun isə iyulun əvvəlində keçirilməsi haqqında qərar verilib.