Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı, icarəsi sahəsində fəaliyyət göstərən ən nüfuzlu sayt – Bina.Az-ın mobil qurğular üçün versiyası yaradıldı.
Oxu.Az xəbər verir ki, internetə çıxışı olan istənilən mobil qurğularda çalışacaq saytda paytaxt Bakı, Azərbaycanın bütün digər bölgələri üzrə daşınmaz əmlakın – mənzillərin, torpaq sahələrinin, bina və digər tikililərin alqı-satqısı, icarəsi barədə ətraflı məlumat almaq mümkündür.
Bina.Az-ın mobil versiyasına daxil olan istifadəçilər onun vasitəsilə yerləşdirilmiş daşınmaz əmlak elanları ilə daha rahat şəkildə tanış olacaq, həmin obyektlərin fotoşəkilləri, təklif olunan satış və icarə qiymətlərini öyrənə biləcəklər.