Bu gün Səbail rayonunun Bayıl qəsəbəsi və 20-ci sahədə təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Məlumatda göstərilir ki, diametri 325 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin avtomobil keçidi hissəsində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar bu gün işlər başa çatanadək Səbail rayonunun 20-ci sahə və Bayıl qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.