Cari ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə 174, Aran iqtisadi rayonu üzrə 70, Gəncə-Qazax iqtisadi rayonu üzrə 27 müəssisə ləğv edilib.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə bu rəqəm 26, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarının hər biri üzrə 15, Naxçıvan Muxtar Respublikası üzrə 12, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 9, Lənkəran və Yuxarı Qarabağ iqtisadi rayonlarının hər biri üzrə 8 və Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 3 olub.
Hesabat dövründə ləğv edilmiş müəssisə və təşkilatların 22,1 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 18,3 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat” sahələrinin, 11,4 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 10,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 7,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 6,5 faizi “Tikinti”, 5,2 faizi “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, qalanları isə digər bölmələrin payına düşür.
L.Ə.