Sentyabrın 9-da Beynəlxalq Valyuta Fondu (BVF) Direktorlar Şurasının üzvləri Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə BVF-in Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyanın rəhbəri Məhəmməd əl-Qorçi məlumat verib:
“Səfər zamanı missiya bir sıra görüşlər keçirəcək”.
BVF rəsmisi, həmçinin özünün Azərbaycana səfərinin planlaşdırılmadığını qeyd edib.
“Oktyabrın 8-9-da Vaşınqtonda (ABŞ) BVF-Dünya Bankının birgə illik toplantısı keçiriləcək. Ondan sonra isə mənim Azərbaycana səfərimin məsələsinə baxacağıq”, - deyə əl-Qorçi deyib.
O, həmçinin BVF-in Azərbaycanla bağlı hər hansı yeni layihənin maliyyələşməsini planlaşdırmadığını da qeyd edib.