Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cenifer Morqan: "Ölkələr indi bərpaolunan enerji mənbələrindən daha aktiv istifadə edə bilərlər"
"Dağıdıcı iqlim təsirləri ilə keçən bir ildən sonra insanların çox qərarlı olduqlarını görürəm. Onlar nələri itirdiklərinin fərqinə vardılar. Təsirlərin aradan qaldırılması istiqamətində gedən danışıqlar çox mürəkkəbdir və çox müzakirələrə səbəb olub".
Oxu.Az bildirir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Almaniya Federal Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqan deyib.
O əlavə edib ki, iqtisadiyyatların durumu və necə inkişaf etməsi də müzakirə mövzusudur:
"Ölkələr indi bərpaolunan enerji mənbələrindən daha aktiv istifadə edə bilərlər, çünki bunun həm qiyməti münasibdir, həm də yeni iş yerləri yaradır. Hesab edirəm ki, bu aspektlər iqtisadiyyatın daha çox bölmələrini danışıqlara cəlb etmək üçün zəmin yaradır".
Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"
- BMT baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı yüksək qiymətləndirib
- Erməni lobbisinin arqument böhranı
- Britaniyanın xarici işlər naziri: "COP29 sazişi vacib bir addımdır"
- UNEP rəhbəri: "Bakıda baş tutmuş COP29-da quracağımız gələcəyin təməli qoyulub"