“Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayevdir.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Fond Birjasından məlumat verilib.
QSC-nin Müşahidə Şurasına Baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev daxildir.
QSC-nin nizamnamə kapitalı 100 milyon dollardır.
QSC-nin səhmdarları SOCAR (49 faiz) və İqtisadiyyat və Sənaye Nazirliyidir (51 faiz).(Trend)