Daim müştəri mənmuniyyətini diqqət mərkəzində saxlayaraq daha keyfiyyətli, müasir texnologiyalara arxalanan xidmət tətbiq edən “DəmirBank” “Mərkəz” filialında “7/24 xidmətini” istifadəyə verdi.
Nizami küçəsi 111-də yerləşən “Mərkəz” filialı artıq həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) müştərilərə daha çevik xidmət göstərəcəkdir.
Belə ki, Bankın müştəriləri istənilən vaxt cari və əmanət hesablarına mədaxil, kredit sifarişlərinin və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, valyuta mübadiləsi, təcili pul köçürmə sistemlərinin xidmətlərindən istifadə, kommunal ödənişlər, mobil rabitə operatorları, habelə İnternet provayderlər və kabel televiziya şəbəkələr üzrə abunə haqqlarını ödəmək imkanını əldə edirlər.
Qeyd edilməlidir ki, “Mərkəz” filialı müştərilərə gecə-gündüz fasiləsiz 7/24 xidmətinin göstərilməsi üçün bütün zəruri avadanlıq, terminallar, kommunikasiya və proqram təminatı ilə təchiz olunub.
Bakı və regionlarda ən geniş filial şəbəkəsinə malik olan banklardan biri olaraq, DəmirBank gələcəkdə də 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı və müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149