“Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra regionda yeni situasiya və şərait yaranıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclis deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində. İlin yekunları və perspektivlər” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində deyib.
Onun sözlərinə görə, bu proseslər fonunda regionda siyasi və iqtisadi sahədə yeni əməkdaşlıq imkanları formalaşıb:
“Azərbaycan uzun müddət işğal altında olan torpaqlarını azad etməklə BMT-in dörd qətnaməsinin icra olunmasını təmin edib. Münaqişənin həll olunmasında Rusiyanın da rolu danılmazdır. Heç şübhəsiz ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Hazırda torpaqlarımızın işğaldan azad edilməsi ilə həm siyasi, həm də iqtisadi sahədə yeni əməkdaşlıq imkanları mövcuddur”.
Deputat qeyd edib ki, Azərbaycan növbəti mərhələdə də regionda iqtisadi əməkdaşlığın inkişafı baxımından kommunikasiyaların bərpasına çalışacaq.
Nigar Məmmədova