Azərbaycan və Tacikistan Bakı və Düşənbə marşrutu arasında müntəzəm aviareyslərin bərpa edilməsinin lehinə çıxış ediblər.
Oxu.Az ca-news.org-a istinadən xəbər verir ki, adiçəkilən məsələ Tacikistan iqtisadi inkişaf və ticarət naziri Nematullo Hikmatullozodənin Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənovla görüşündə müzakirə edilib.
Görüşdə tərəflər bildirib ki, indiyənə qədər Bakı-Düşənbə arasında müntəzəm aviareyslərin bərpa edilməsi məsələsi anlaşılmayan səbəblərdən ləngiyib:
“Bu iki ölkə arasında əlaqələrin praktik inkişafına da mane olur” - deyə, görüşdə qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az