Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu kilometrliyində, Şirvan şəhəri ərazisində Kür çayı üzərində tikilən körpünün yanaşma yollarında aşınma qatının vurulması başa çatdırılıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, bu gün səhər saatlarından həmin istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.
Qeyd edək yeni inşa olunan 3 aşırımlı körpünün uzunluğu 316 metr, eni isə səkilər ilə birlikdə 14,5 metr təşkil edir.