İran 2016-cı ilin birinci rübü üçün dünya bazarına neft tədarükünü təxminən günə 300 min barelə qədər artıra bilər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Beynəlxalq Energetika Agentliyi (BEA) belə hesab edir.
“Bizim dəyərləndirmələrimizə görə, 2016-cı ilin birinci rübünün sonu üçün dünya neft bazarına günə əlavə olaraq 300 min barel neft tədarük edilə bilər”, - BEA ekspertləri bildiriblər.
Eyni zamanda onlar hesab edirlər ki, İranın bazara qısamüddətli perspektivdə təqdim edə biləcəyi neftin həcmi və keyfiyyətinə dair də qeyri-müəyyənlik mövcuddur.
Bununla yanaşı təklifin bol olduğu bazarda nefti almağa hazır olan alıcılar tapmaq da vacibdir.