Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb
"Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiya İnkişaf Bankı (AİB) arasında Azərbaycanda KOB-ların yaşıl keçidi və yaşıl inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AİB-in Azərbaycanda Rezident Missiyasının rəhbəri Sunniya Durrani-Camal imzalayıblar.
Memorandumda AİB tərəfindən KOBİA-nın irəli sürdüyü "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası Bəyannaməsi"nə dəstək ifadə edilməklə, bəyannamədə öz əksini tapmış məsələlər, o cümlədən KOB-ların yaşıl keçidinə yönəlmiş fəaliyyətin birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə memorandumda KOB-ların yaşıl təşəbbüslərinin reallaşdırılmasına, bu sahədə bacarıqlarının artırılmasına və yaşıl maliyyəyə çıxışına birgə dəstəyin göstərilməsi, KOB-ların yaşıl keçidinə dəstək üçün normativ bazanın təhlili istiqamətində tədbirlərin görülməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb.
Tərəflər arasında keçirilmiş görüşdə KOB-ların yaşıl keçidi, KOBİA və AİB arasında KOB sahəsində əməkdaşlıq imkanları, eləcə də memorandumdan irəli gələn məsələlər müzakirə edilib.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Azərbaycanda KOB layihələrinin maliyyələşdirilməsi üçün müsabiqənin nəticələri AÇIQLANDI
- Şamaxıda özəl investisiyalarla bağlı forum keçirildi
- Sayca 9-cu "KOB Fest" sərgi-satış yarmarkası Göyçayda keçirilir
- KOB-lar Türkiyədə keçirilmiş sərgilərdə iştirak ediblər
- Daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib