Yanvar ayının 15-nə olan məlumata əsasən, OPEK-in satdığı neftin orta qiyməti bir barel üçün 24,74 dollardan ibarətdir, OPEK saytının məlumatına görə, qiymətlər 2003-cü ilin sentyabr ayının göstəricilərinin səviyyəsinə enib.
Oxu.Az Gazet.ru-ya istinadən xəbər verir ki, saat 13.47-yə (Bakı vaxtı ilə) olan məlumata əsasən yüngül markalı WTI neftinin fevral fyuçersləri Nyu-York əmtəə bazarında (NYMEX) 1,16% enərək bir barel üçün 29,08 dollardan ibarət olub.
ICE Futures London birjasında Brent markalı neftin qiyməti fevralda 1,38% ucuzlaşaraq bir barel üçün 28,54 dollardan ibarət olub.
Daha öncə OPEK-in neft “səbəti”nin dəyərinin 2003-cü il minimumuna düşdüyü barədə məlumat yayılmışdı. Yanvar ayının 12-si üçün onun qiyməti 2003-cü ilin minimum səviyyəsinə 4,83% ucuzlaşaraq bir barel üçün 25,76 dollardan ibarət idi.