“PwC Azərbaycan”ın ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev Vergilər Nazirliyi və Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən keçirilən sayca 6-cı illik Vergi Konfransında çıxış etmişdir.
“Vergi öhdəliyinin əvvəlcədən müəyyən edilməsi və könullu əməletmə” mövzusunda çıxış edən Mövlan Paşayev şəffaflıq prosesinin əsasını təşkil edən vergi öhdəliyinin öncədən müəyyən edilməsi üçün əhəmiyyətli olan yeni normalar haqqında danışdı.
“Vergi öhdəliyinin öncədən müəyyənləşdirilməsi konsepsiyasının təqdim edilməsi ölkəmizin vergi sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, vergi ödəyiciləri və vergi orqanları arasındakı əməkdaşlığı yeni bir səviyyəyə qaldırmaqla bərabər vergi inzibatçılığının da yüngülləşdirilməsi istiqamətində irəliyə doğru atılmış bir addımdır”, - deyə Mövlan Paşayev vurğuladı.
Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı davamlı şəkildə təkliflər irəli sürən və bu dəyişikliklərin qəbul olunması prosesində fəal iştirak edən “PwC Azərbaycan”ın əsas məqsədi cəmiyyətdə etimad yaradaraq, işgüzar mühiti təkmilləşdirmək və dövlətə bu mühüm transformasiya prosesində dəstək olmaqdır.
Konfransdan sonra Vergilər Nazirliyi ilə “PwC Azərbaycan” və “Böyük Dördlüyə” daxil olan digər şirkətlər arasında əməkdaşlığa dair memorandum sazişi imzalanıb.
Qeyd edək ki, PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 223000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com.
PwC son 25 il ərzində Mərkəzi və Şərqi Avropada fəallığını artırmışdlr. Bu gün regionda 29 ölkə üzrə 55 ofisimizdə çalışan 8800 mütəxəssis yerli bazarlarda müştərilərimizin daha çox uğur qazanması və qlobal rəqabət qabiliyyətini artırmasına köməklik göstərir.
“PwC Azərbaycan” müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Bakı ofisində 6 ölkədən 130-dan çox əməkdaşımız yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.
U.A.
www.oxu.az