Oğulu etdiyi hərəkət ömrünün sonuna qədər yandıracaq. Onun atdığı dəmir parçası atasının həyatına son qoyub. Hadisə dünən Abşeron rayonu, Görədil kəndi ərazisində baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, 23 yaşlı Ceyhun Muxtarov dəmir borusunu 45 yaşlı atası Orduxana atıb.
Dəmir onun başına dəyib və kişi dünyasını dəyişib. Hadisə baş verən zaman O.Muxtarov sərxoş imiş və oğlunu söyürmüş.
Faktla bağlı araşdırma gedir.