ABŞ-da Las-Veqas şəhərində maraqlı hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Aaron Chervenak adlı kişi “Apple”in “ağıllı” telefon modeli “iPhone” ilə evlənib.

Las-Veqasın kiçik bir kilsəsində reallaşan toy əvvəlcə ictimai medianın, daha sonra ölkə mətbuatının gündəmini zəbt edib.

Ancaq bu evliliyin əsl məqsədi cəmiyyətə ictimai mesaj verməkdir. Chervenak bu addımı ilə müasir dövrdə milyonlarla insanın “ağıllı” telefonlar ilə yatıb-durduğunu vurğulayıb.Orqanizmə zərərli olduğu üçün insanları bu davranışlarından əl çəkməyə çağırıb.

Aytən Sadıqzadə
www.oxu.az