Aparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdə “Xəzər” telekanalında işə başlayacaq.
Oxu.Az bu barədə axşam.az-a istinadən xəbər verir.
Ana olduqdan sonra Türkiyədə yaşayan aparıcı bir neçə gündür Bakıya qayıdıb.
Xoşqədəm Hidayətqızının verilişinə adıçəkliən telekanalın yeni binasında artıq studiya ayrılıb. Proqramın işçi heyəti arasında teleaparıcının “Səni axtarıram” layihəsində çalışanlar da yer alıb.
O, həmçinin sözügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan “Yeni həyat” verilişinin ideya müəllifidir.
Xatırladaq ki, X.Hidayətqızı ATV-də nümayiş olunan “Səni axtarıram”, ANS-də isə “Xoşqədəmlə axtarıram səni” və “Deməsək, olmaz” verilişlərinə aparıcılıq edib.