Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Arıqlama zamanı kalori saymağın fəsadları
"Arıqlamaq istəyərkən kalori saymaq çox vaxt nevrozlara və daimi olaraq pəhrizin pozulmasına gətirib çıxarıb".
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq və diyetoloq Nuriya Dianova deyib.
Mütəxəssis bildirib ki, düzgün və sağlam arıqlama məhsulların seçimində seçiciliyə və onların qida rasionunda düzgün kombinasiyasına əsaslanmalıdır. Diyetoloq qeyd edib ki, kalori hesablanmasına əsaslanaraq normanı saxlamağa çalışaraq, insan istədiyi hər şeyi yeyir. Həkimin fikrincə, bu yanaşma pozulmalara, psixoloji problemlərə və "yo-yo" effektinin (gedib-gələn) yaranmasına gətirib çıxarır - gün ərzində insan demək olar ki, heç nə yemir və axşam aclığını yatırmaq üçün çoxlu yeyir.
Həkim qeyd edib ki, lazımi maddələrin çatışmazlığı və məhdudiyyətlər səbəbindən diyet pozulur. Onun sözlərinə görə, gündəlik kalori normasını tamamlamaq üçün bir çox insan rasionunu yanlış təşkil edir.
"Məsələn, insan səhər yeməyində çoxlu yağlar, şirniyyatlar və sürətli karbohidratlar yeyir və günün qalan hissəsinə 300 kalori qalır. Gün ərzində o, yalnız tərəvəz yeyir və su içir - gec-tez bu, pozulmaya səbəb olacaq", - "RIA Novosti" mütəxəssisdən sitat gətirib.
Dianova qida rasionunu təşkil edərkən "boşqab qaydasından" istifadə etməyi məsləhət görüb. Bu üsula görə, boşqabın yarısı tərəvəzlərdən, dörddə biri - zülallı qidalarından və eyni miqdarda - kompleks karbohidratlardan ibarətdir. Həmçinin o qeyd edib ki, boşqabın kiçik bir hissəsi meyvə və giləmeyvələrə ayrılmalıdır.