Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Arsenal"ın məşqçisi Mikel Arteta oyunçuları qarət etmələri üçün peşəkar cibgirlər tutdu
Britaniyanın "Arsenal" klubunun məşqçisi Mikel Arteta komandanın daimi hazırlıq və sayıqlığın vacibliyini nümayiş etdirmək üçün maraqlı üsula əl atıb. Belə ki, o, şam yeməyində peşəkar cibgirlərin iştirakını təşkil edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RMC Sport The Athletic" xəbər yayıb.
Mənbənin bildirdiyinə görə, peşəkar cibgirlər futbolçuların telefon və pul kisəsi kimi şəxsi əşyalarını gizlicə götürməli idilər.
Şam yeməyinin sonunda Arteta hamıdan ciblərinin içini yoxlamağı xahiş edib. Məhz o zaman bir çox idmançı qiymətli əşyalarının itdiyini aşkar edib.
Beləliklə, məşqçi istənilən vəziyyətdə diqqətli və sayıq olmağın vacibliyini vurğulamağa çalışıb.
"Arsenal FK" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: VII tura doqquz görüşlə yekun vurulacaq
- İngiltərə Premyer Liqası: "Arsenal" qələbəni əldən verdi
- Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı futbol oyunlarının AFİŞASI
- İngiltərə Premyer Liqası: "Arsenal" - "Tottenhem" matçı geridönüşlə bitdi
- Bu gün keçiriləcək futbol oyunlarının AFİŞASI