Astarada şəhərinin Azadlıq küçəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri idarəetməni itirərək yolun kənarı ilə velosipedlə hərəkət edən Astara sakini, 1979-cu il təvəllüdlü Nahid Şaban oğlu İsmayılovu vurub.
Ağır kəllə-beyin travması alan N.İsmayılov hadisə yerində keçinib.
Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi açılıb araşdırma gedir.
S.B.
www.oxu.az