Martın 27-də Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər həyatını itirib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, həftənin ilk günündə ölkə yollarında 10 avtomobil qəzası baş verib. Nəticədə həyatını itirən 4 nəfərdən başqa daha 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qubada iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb.
Ucar rayonunda isə “Hyundai” markalı minik avtomobili yük maşınına çırpılıb və 1 nəfər həyatını itirib.
Qax rayonunda “Mercedes”in aşması isə qadın sərnişinin ölümünə səbəb olub.
Hər bir faktla bağlı araşdırma aparılır.
A.M.