Bağırsaqlar bədənimizin mühüm üzvlərindən biri sayılır ki, sağlamlığımızla birbaşa əlaqəsi vardır.
Bu üzvün sağlam olması üçün yemək tərzimizə diqqət etməliyik.
Oxu.Az deyerler.org-a istinadla xəbər verir ki, bağırsaq xərçənginin əsl səbəbi sağlam olmayan qidalanma, köklük və hərəkətsizlikdir.
Bir çoxlarımız bunu yaxşı bilirik ki, sağlam olmaq üçün hərəkət etmək lazımdır. Həmçinin bunu da unutmayaq ki, hərəkət etmək qədər də yeməklərimizə diqqət etməliyik. İnsan gərək sağlamlığına ziyan vuran qidalardan uzaq olsun. Ona görə də bəzi tövsiyələrimizə diqqət edin.
1. Kolbasa və sosiskadan uzaq olun. Bu qida bədəninizə ziyanlı nitratlar və nitritləri daxil edir. Bundan başqa, kolbasa istehsalında rəngləyicilərdən, mikrob əleyhinə dərmanlardan, dadvericilərdən istifadə olunur ki, sağlamlıq üçün təhlükəlidir. Tədqiqatlar göstərir ki, kolbasanın tərkibində olan nitratlar xərçəng yaradan amilə çevrilir. Ona görə də həkimlər kolbasadan uzaq olmağı tövsiyə edirlər.
2. Qırmızı ət. Bəzi tədqiqatlar göstərir ki, qırmızı əti çox qəbul etmək bağırsaq poliplərini meydana gətirə bilər ki, bu da xərçəngə çevrilər. Hətta toyuğu və balığı da həddən artıq istifadə etmək həmin problemlərə gətirib çıxara bilər. 6 il ərzində 32000 nəfər üzərində aparılan tədqiqatlar göstərir ki, o kəslər ki, qırmızı əti, toyuq və balığı çox istifadə edirlər, başqaları ilə müqayisədə üç dəfə daha çox bağırsaq xərçənginə düçar olurlar. Buunu lobya, noxud və mərci ilə əvəz etsələr, bu risk 50% azala bilər. Bunu unutmayaq ki, insan həftədə iki dəfə qırmızı ət yeməlidir. Əti seçən zaman onun təzə və orqanik olmasına diqqət edin. Həm də bunu nəzərə alın ki, qırmızı əti yüksək dərəcədə uzun müddət qızartmaq da xərçəng üçün şərait yaradır. Çünki ətin tərkibində olan amin turşuları yüksək dərəcədə heterosiklik aminlərinə çevrilər. Bu maddə də xərçəng riskini artırır.
3. Qızardılmış kartof. Çips və ya qızardılmış kartofun tərkibində akrilamid maddəsi vardır. Bu maddə bir neçə növ xərçəngə çevrilə bilir ki, onlardan biri də bağırsaq xərçəngidir. Bu maddə yüksək hərarət zamanı meydana gələr.
4. Şəkər. Şəkər - xərçəng hüceyrələrinin qidasıdır. Hər bir hüceyrə böyüməsi üçün qlükozadan istifadə edir. Ancaq xərçəng hüceyrələri sağlam hüceyrədən ikiqat çox istifadə edirlər. Ona görə də şəkər qəbulu ilə xərçəng hüceyrələrinin inkişafı arasında sıx rabitə vardır. Şəkəri həddindən artıq çox qəbul edənlər gərək onu məhdudlaşdırsınlar.
A.S.
www.oxu.az