Bakıda “Passat” və “Priora” markalı avtomobillərin yarışını əks etdirən video yayılıb.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, videoda iki avtomobilin yarışa çıxdığı və avtoxuliqanlıq etdiyi açıq-aydın görünür.
Görüntüləri “Priora”da olan sərnişin çəkib. Körpüyə daxil olduqda belə təhlükəli manevrlərdən və sürət həddini aşmaqdan çəkinməyən sürücülər yarış keçiriblər.
Həmin görüntüləri təqdim edirik:
A.M.