Ötən gün təxminən saat 12-45 radələrində Bakı-Quba yolunun “Nasosnu” (Hacı Zeynalabdin qəsəbəsi) deyilən ərazisində “90 TK 331” dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı avtomobil qeyri-adi qəzaya uğrayıb.
Oxu.Az avtoreyd.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan yoxdur. Avtomobili idarə edən xanım sürücü yüngül zədələnib.
Avtomobilə elə də ciddi ziyan dəyməyib.
A.S.
www.oxu.az