Quba rayon sakini paytaxtda yol qəzası zamanı xəsarət alıb.
Oxu.Az "APA TV"-yə istinadən xəbər verir ki, onu avtomobil vurub.
Məlumata görə, avtoqəza Binəqədi rayonunda qeydə alınıb. Binəqədi-Biləcəri yolunda baş vermiş hadisə nəticəsində yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Şirəliyev Müzəffər Fərid oğlu "Mercedes" markalı avtomobilin zərbəsinə tuş gəlib. Yaralı xəstəxanaya çatdırılıb.
Sürücü artıq saxlanılıb və ifadəsi alınıb. Yol qəzasının təfərrüatları araşdırılır.
Digər bir qəza isə Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil 1957-ci il təvəllüdlü Balayev Çingiz Gülağa oğlunu vurub.
Ağır xəsarət alan piyada vəfat edib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
A.M.