Bakıda avtobus sürücüləri ilə bağlı nə qədər sərt addımlar atılsa da, yenə də sürücülərin özbaşınalığına rast gəlmək mümkündür.
Oxu.Az xəbər verir ki, onlardan biri fevralın 10-da paytaxtın Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişdiyi yolayrıcında Avtosfer.az-ın kamerasına düşüb.
Belə ki, 77 saylı marşrut xətti üzrə fəaliyyət göstərən 10-TG-856 qeydiyyat nişanlı “Daewoo” markalı avtobusun sürücüsü tam olaraq əks istiqamətə çıxıb svetoforun icazə siqnalının yanmasını gözləyir.
Daha sonra isə qəfil hərəkət edərək təhlükəli vəziyyət yaradır.
S.B.
www.oxu.az