Həyatında heç bir zaman baş ağrısı hiss etməyən adama, yəqin ki, rast gəlmək mümkün deyil. Əksər hallarda biz bu ağrıları “miqren” adlandırsaq da, bu heç də belə deyil.
Miqren – ciddi xroniki xəstəlikdir. Onun diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir. Buna baxmayaraq, bəzi əlamətlərə görə insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər. Belə şübhələr yaranan kimi, tez bir zamanda həkim-nevropatoloqa müraciət etmək lazımdır.
Miqren - güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda başın yarısına, nadir hallarda isə hər tərəfinə yayılır. Ağrı pulsasiya (nəbz vurğuları kimi) xarakterli olur. Ətraflar soyuyaraq avazımış olur. Parlaq işıq, kəskin, yüksək səslər ağrını artırır. Miqren tutması zamanı tez-tez ürəkbulanma və qusma da baş verir.
Oxu.Az SaqlamHeyat.az-a istinadən baş-beyin damarlarının təmizlənməsi üçün səmərəli və etibarlı resept təqdim edir:
Beş qoz ləpəsinı blendrdən keçirin, bir çimdik darçın və zəncəfil qatın. Üzərinə 1 xörək qaşığı da təmiz bal əlavə edib, bir sutka soyuducuda saxlayın. Hazırladığınız bu qarışıq 1 günlük dozadır. Onu 3 yerə bölün və gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.
A.S.
www.oxu.az