Banklar üçün ən təhlükəli troyan proqramlarından biri olan “Acecard” yenidən internetdə aktivləşib. “McAfee” şirkətinin ekspertləri bildiriblər ki, zərərli proqram təminatı virusa yoluxmuş smartfon sahiblərini şəxsiyyət vəsiqəsi və ya başqa sənədlə birgə selfi çəkməyə məcbur edir, bundan sonra bu şəkildən vəsait və ya hesabların oğurlanması üçün istifadə edir.
Oxu.Az ictnews.az-a istinadən xəbər verir ki, “Acecard” troyan virusu özünü “böyüklər üçün” proqram təminatı və ya videoya baxış üçün kodek kimi qələmə verir. Onu quraşdırdıqdan sonra proqram administrator imtiyazlarına sahiblənmək üçün sorğular göndərməyə başlayır və istifadəçi razılaşmayana kimi onu bezdirir.
Bundan sonra zərərli proqram təminatı virusa yoluxmuş smartfonun sahibi müəyyən tətbiqi icra etməyənədək (məsələn, “Google Play” – troyanın versiyasından asılıdır) özünü büruzə vermir. Virus bank kartının məlumatlarını və başqa informasiyanı göstərməyi, həmçinin şəxsiyyəti təsdiqləyən sənədlə birgə selfi çəkməyi tələb edir.
Şəxsiyyət vəsiqəsi ilə birgə selfidən bank və müxtəlif hesablara giriş üçün istifadə etmək olar.
A.S.
www.oxu.az