Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Depressiyaya düşməmək üçün nələr yemək lazımdır? - Alimlər açıqladılar
Yüksək miqdarda şəkər və doymuş yağlar tərkibli rasion depressiyanın inkişafına yol açır.
Bu barədə Redinq Universiteti və London Kral Kollecinin alimləri apardıqları araşdırmadan sonra xəbərdarlıq ediblər. Onların tədqiqatlarının nəticələri "NutNeuro" jurnalında dərc olunub.
Tədqiqatda 38 tələbə iştirak edib. İştirakçılar depressiya simptomlarını qiymətləndirmək üçün bir sıra psixoloji testlərdən keçiblər, qidalanma rejimləri barədə məlumat veriblər və beynin maqnit rezonans tomoqrafiyası (MRT) müayinəsindən keçməyə razılıq veriblər.
MRT skanının nəticələri göstərib ki, həddindən artıq şəkər və yağ istehlakı beynin alın payının boz maddəsinin həcmini azaldır. Bu nahiyə depressiya və narahatlıq kimi psixi sağlamlıq problemlərinin inkişafında iştirak edir. Həmçinin mərkəzi sinir sistemi üçün zəruri neyromediatorların istehsalını aşağı salır, bununla da depressiyaya səbəb olur.
Nəticə etibarilə, bu tədqiqat göstərir ki, yüksək miqdarda şəkər və doymuş yağlar tərkibli qeyri-sağlam qidalanma vərdişləri beyin sağlamlığına və ruh halına ciddi təsir göstərə bilər. Depressiya riskini azaltmaq üçün tarazlaşdırılmış və sağlam qidalanma tövsiyə olunur.
"Depressiya" teqi üzrə xəbərlər
- "Şirniyyat sevgisi" hansı xəstəliyin əlaməti ola bilər?
- Depressiyanı 24 saatda məğlum edən inqilabi sprey hazırlandı: Reseptsiz satlacaq
- Cəmiyyəti ən çox narahat edən xəstəliklərdən xilasla bağlı alimlərdən möhtəşəm İCAD
- İş yerində susqunluq fəlakətə səbəb ola bilər - Alimlərdən XƏBƏRDARLIQ
- Ucuz və keyfiyyətli: Depressiyadan qurtulmaq üçün psixoterapiyadan daha effektli üsul açıqlandı