Parisdə keçirilən 32-ci Beynəlxalq Avtomobil Festivalı ilin ən gözəl konsept avtomobilini seçib.
Oxu.Az xəbər verir ki, ilk dəfə ictimaiyyətə sentyabr ayında təqdim olunan tamamilə elektrik enerjisi ilə çalışan “Renault Trezor” ilin ən gözəl konsept avtomobili adını qazanıb.
Avtomobilin dizayneri Laurens van den Acker “Trezor”u bu mükafata layiq gördükləri üçün jüriyə təşəkkür edib və avtomobil sənayesinin gələcəyinin elektrik enerjisi ilə çalışan avtmobillərdə olduğunu bildirib.
Avtomobilin interyeri də alışdığımız dizaynlardan fərqli olaraq hazırlanıb. Avtomobillə bağlı digər bir maraqlı məqam isə ondadır ki, bu avtomobildə alışdığımız ənənəvi qapı forması gözə dəymir. Bunun yerinə dizaynerlər avtomatik olaraq açılan tavandan istifadə etməyə üstünlük veriblər.
350 at gücü ilə təmin olunan mühərrik avtomobili 100 km/saat sürətinə 4 saniyədən az bir müddətə çatdıracaq. Bundan əlavə isə avtomobil 2 elektrik batareyası ilə təmin olunub.
İsmayıl Nur