Gəncə şəhərində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin hava limanı yolunda qeydə alınıb.
Qəza minik maşınının idarəetməni itirərək divara çırpılması nəticəsində baş verib. Hadisə zamanı bir ailənin 6 üzvü – ər-arvad, nənə və üç nəvə xəsarət alıb. Uşaqlardan biri azyaşlıdır.
A.M.