Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb.
Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.
A.M.